Bu ölkədə "YouTube" birdəfəlik bloklana bilər

22-05-2020, 01:40           
Bu ölkədə "YouTube" birdəfəlik bloklana bilər
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Rusiyanın Ontarget şirkəti YouTube şəbəkəsini məhkəməyə verib. Əgər videohostinq məhkəmə prosesində məğlub olsa, birdəfəlik olaraq Rusiya ərazisində bloklanacaq.

Ted.az bildirir ki, Ontarget şirkətinin məlumatına əsasən, YouTube-da fırıldaqçılıqla bağlı videolar yayımlanır. "YouTube-da yayımlanan bəzi videolar insanlara gələcəkdə iş verən şəxsləri aldatmağı tövsiyə edir. Bu aldatma metodlarını öyrənmək üçün isə Ontarget şirkəti tərəfindən hazırlanan daxili testlərdən keçmək təklif olunur. Buna görə də, Ontarget şirkəti YouTube-u məhkəməyə verərək, onun Rusiya ərazisində birdəfəlik bloklanmasına çalışır".

Qeyd edək ki, məhkəmə prosesi iyun ayının 5-də başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl YouTube və Yandex.Video xidmətlərinə Rusiya ərazisində bloklanma təhlükəsi haqqında məlumat yayılmışdı. Bu təhlükə ölkə qanununa zidd olan pirat informasiyaların yayımlanması ilə bağlı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru