Qarabağın təzə erməni “prezident”i Azərbaycan torpaqlarını bu elektromobillə gəzəcək...-FOTO

22-05-2020, 12:10           
Qarabağın təzə erməni “prezident”i Azərbaycan torpaqlarını bu elektromobillə gəzəcək...-FOTO
Dünən Azərbaycan Respublikasının 29-cu ildir ki, işğal altında qalan Şuşa şəhərində təntənəli andiçmə mərasimindən sonra faktiki olaraq fəaliyyətə başlamış separatçı-terrorçu rejimin yeni “seçilmiş” rəhbəri Araik Arutyunyanın xidməti avtomobilinin hansı olacağı bilinib.

Moderator.az xəbər verir ki, həmin maşının ilk görüntülərini Ermənistanın Baş naziri N.Paşinyan vertolyotla Xankəndinə endikdən az sonra paylaşıb.
“Qarabağın yeni seçilmiş prezidenti işə bu elektromobillə gedib-gələcək”- Paşinyan “Facebook” səhifəsində belə yazıb.

P.S. Başbilənlərimizin başqatan, populist çıxışları fonunda bizlərin də Qarabağdan olan hər görüntüyə baxıb yana-yana qalmaqdan başqa əlimizdən nə gəlir?..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru