Zeynal Nağdəliyev Elçin Rzayevə görə İmişliyə getdi
23-05-2020, 10:32
Prezident İlham Əliyevin sərəncamı ilə İmişli rayonuna təyin edilən icra başçısı Rzayev Elçin Adil oğlu dünən axşam radələrində kollektivə təqdim olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Elçin Rzayevi kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.