"Əvvəllər həmin məmur barmağıyla hansı işarəni verirdisə, təşkilat o işi görürdü..."

23-05-2020, 11:45           
"Əvvəllər həmin məmur barmağıyla hansı işarəni verirdisə, təşkilat o işi görürdü..."
“Hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının bu addımı atması normaldır”

Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. Professor MTRŞ rəhbərliyinin telekanallarla bağlı atdığı addımlarını genişləndirməsinin vacibliyini vurğulayıb:

“Əlbəttə, istənilən təşkilatın varlığı hiss olunmalıdır, yəni hiss olunmalıdır ki, o formal qurum deyil, üzərinə düşən vəzifələrin icrasıyla məşğuldur. Bu baxımdan hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının bu addımı atması normaldır. Amma bəzi məsələləri prinsipial şəkildə böyütmək lazımdır. Məsələn, bu gün hansısa yanlışlıqlara görə televiziyaların yayımı dayandırılırsa, bu o deməkdir ki, həmin televiziyalar MTRŞ-in mövcudluğunu hiss edirlər. Çünki əvvəlki dönəmdə bu bir məmurdan asılı idi ki, o, barmağıyla hansı işarəni verirdisə, təşkilat o işi görürdü. Amma indi əgər bir struktur bilavasitə öz işiylə məşğuldursa, bunu təqdir etmək lazımdır. Amma mən arzulayardım ki, teleradio haqqında qanunun bütün maddələri üzrə MTRŞ fəaliyyətini genişləndirsin. Söhbət informasiyanın keyfiyyətindən, xəbərlərdə normaların gözlənilməsindən, tənqidi fikirlərdən gedir. Hesab edirəm ki, əgər o cür yanaşma olsa, MTRŞ bizim məkanda nüfuzlu bir quruma çevrilə bilər”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası reklam qaydalarını pozduğuna görə “Space” televiziya kanalının proqramlarının yayımını 3 saatlıq dayandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.