Məscidlərdə bayram namazının qılınmayacağı Ramazan: Azərbaycan 11 ayın sultanını belə yola salır

24-05-2020, 00:02           
Məscidlərdə bayram namazının qılınmayacağı Ramazan:
Mayın 24-də müsəlman dünyası, o cümlədən Azərbaycan Ramazan bayramını qeyd edir.

Cebhe.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Şamaxı Astrofizika Rəsədxanasının Ramazanla bağlı təqviminə əsasən, Azərbaycanda bayram günü məhz 24 maya təsadüf edir.

Bayram günü oruc tutmaq haramdır. İnsan oruc halda bayram namazı qıla bilməz. Sübh namazından Zöhr namazına qədər olan müddətdə bayram namazı qılına bilər. Bayram axşamı çıxarılan fitrəni də bildiyi, tanıdığı yoxsul insana verə bilər, bunun üçün ən gözəl vaxt Zöhr namazına qədər olan müddətdir.

Fitrə ailənin hər bir üzvü üçün çıxılır. İnsan mal-mülkünə görə zəkat verə bilər, amma Fitrə çıxılmamalıdır. Fitrənin miqdarı çox istifadə olunan 3 kq ərzağın qiymətinə bərabər olmalıdır. Məsələn, 3 kq buğda, 3 kq un, 3 kq düyü və s. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və Qazılar Şurası məsləhət görür ki, insanlar minimum 5, maksimum 10 manat fitrə zəkatı çıxsın.

Əvvəlki illərdən fərqli olaraq, bu il məscidlərdə kütləvi bayram namazı qılınmayacaq. Koronavirus epidemiyasına görə, xüsusi karantin rejmi tətbiq olunduğundan, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, insanlar kütləvi olaraq bir yerə yığışa bilməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.