AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"

24-05-2020, 12:51           
AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
COVID-19 infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.
Bu barədə Teref.az-a "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.
Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.
Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru