Azərbaycanda nazir vəzifələrinin yazılış qaydası dəyişdi

3-11-2020, 21:10           
Azərbaycanda nazir vəzifələrinin yazılış qaydası dəyişdi
Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası müəyyənləşib.
Teref.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, nazir vəzifələri bundan sonra aşağıdakı kimi yazılacaq:

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılacaq. Bundan əvvəl Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.