Erməni ekspert həyəcanla həmvətənlərinə səsləndi: “Telekommunikasiyamız Azərbaycanın tam nəzarətindədir”
4-11-2020, 17:35
Azərbaycan Ordusu Dağlıq Qarabağdakı telekommunikasiya şəbəkəsinə nəzarəti ələ keçirib.
KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert, Razm.info hərbi-analitik portalının koordinatoru Karen Vrtanesyan söyləyib.
“Müharibə başlayandan bəri mobil rabitə operatoru Qarabağ-Telekomun bir neçə stansiyası Azərbaycan Ordusunun əlindədir. Və Azərbaycan Silahlı Qüvvələrində mövcud olan texniki vasitələr DQR-dən gələn hər hansı bir zəngi dinləməyə, zəng edənin məkanını, konkret telefonunu müəyyənləşdirməyə imkan verir” deyib.
Onun sözlərinə görə, telefon hər cihazın malik olduğu IMEI nömrəsindən istifadə etməklə müəyyən edilə bilər.
“Düşmən çox sakit bir şəkildə 10-30 metr dəqiqlikdə telefonu qeydə ala bilər. Bu, hər hansı bir meşə sahəsində və ya dərədə qeydə alınarsa, döyüşçülərin orda olması deməkdir. Düşünürəm ki, hamı bunun nə demək olduğunu başa düşür. Bu səbəbdən bütün telefonlar söndürülməlidir” deyə Vrtanesyan yazır.
Mütəxəssis həmçinin qeyd edib ki, hərbçilər hələ də zəng etmək istəyirlərsə, izdihamlı yerdən ən azı 2-3 kilometr uzaqlaşmalıdırlar.