Ermənilər Los-Ancelesdə türklərə məxsus restorana hücum etdilər - VİDEO

6-11-2020, 00:08           
Ermənilər Los-Ancelesdə türklərə məxsus restorana hücum etdilər -  VİDEO
Ermənilər ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills bölgəsində yerləşən türklərə məxsus “İstanbul” adlı restorana hücum ediblər.

Məlumatı Azərbaycanın Los-Ancelesdeki Konsulluğu yayıb.

Konsulluğun məlumatında deyilir:

“Beverli Hillsdəki türk restoranına qarşı erməni radikalların törətdiyi nifrət cinayətini qınayırıq. Bu cür mənfur zorakılıq aktı qarşısında şəhərin siyasi liderlərinin susması cinayətkarları daha da arxayınlaşdırır. Bu ilin iyul ayında Los-Ancelesdə Azərbaycan icmasının üzvləri hücuma məruz qaldıqda əksər liderlərin belə sükutunun şahidi olduq. Bütün siyasi liderləri bu dəhşətli cinayəti qətiyyətlə pisləməyə və türk və Azərbaycan icmalarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırırıq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru