"Rusiyadan birbaşa hərbi müdaxilə gözləmək ağılsızlıqdır" - Erməni ekspert

6-11-2020, 18:18           
"Rusiyadan birbaşa hərbi müdaxilə gözləmək ağılsızlıqdır" - Erməni ekspert
"Rusiyadan birbaşa hərbi müdaxilə gözləmək ağılsızlıqdır"
"Hərbi əməliyyatlar Ermənistan ərazilərində getmədiyi müddətdə Rusiyadan birbaşa hərbi müdaxilə gözləmək ağılsızlıqdır".

"MediaPost" xəbər verir ki, bu barədə “Sosial ədalət naminə” partiyasının lideri, “Xalqın Səsi” klubunun mütəxəssisi Arman Qukasyan mətbuat konfransında bildirib.

"Belə bir müdaxilə Türkiyənin birbaşa hərbi müdaxiləsinə səbəb olardı, bu da Moskva üçün yalnız böyük bir regional güclə deyil, NATO üzvü bir dövlətlə hərbi qarşıdurma deməkdir. Dağlıq Qarabağda baş verənlər bir çox güclü qüvvələrin Ermənistana kömək etməkdə aciz qaldıqlarını göstərdi. Bunun səbəbi isə ya bölgədən uzaq olmaları, ya da Azərbaycanla yaxşı münasibətlərinin olmasıdır", - deyə erməni siyasətçi bildirib.

Bununla yanaşı, o, Moskva ilə münasibətlərin bərpası üçün Rusiya ilə diplomatik, partiyalararası, iş və diaspora üzrə bütün əlaqələrdən istifadə edilməli olduğunu vurğulayıb:

"Ermənistan Rusiyanın dostu olduğu imicini yenidən canlandırmalıdır. Əvvəllər hökumətin bəzi dairələrinin təklifi ilə erməni məlumat sahəsində fəal şəkildə yayılmış çoxvektorlu yanaşma ilə bağlı iddiaları keçmişdə qalmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.