Reza Deqati Qubadlıda gördüklərindən dəhşətə gəldi: “Məscid illərdi donuz tövləsi kimi istifadə olunub”

7-11-2020, 00:08           
Reza Deqati Qubadlıda gördüklərindən dəhşətə gəldi:
Dünyaca məşhur fotoqraf Reza Deqati Qubadlı rayonunun işğaldan azad edilmiş hissəsində çəkiliş aparıb.

Teref.az xəbər verir ki, bu barədə fotoqraf “Instagram” hesabında paylaşım edib.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşadığını, ölkəmizdə qadınlara səsvermə hüququnun Fransadan 20 il əvvəl verildiyini qeyd edən fotoqraf Qubadlıda məsciddə qarşılaşdığı mənzərədən bəhs edib.

“Məscidə daxil oldum, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxusu ağır idi. Heyvanlara su vermək üçün istifadə olunan iki kasanın fərqinə vardım. Əsgərlər mənə dedilər ki, məscidi açanda donuzlarla dolu idi. Bu dini məkan illərdir erməni işğalçıları tərəfindən donuz tövləsi kimi istifadə olunub”, – deyə fotoqraf bildirib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru