"Kəlbəcər boşaldılır" - Dadivank kilsəsinin terteri Ata Ovannes

11-11-2020, 08:54           
Artıq rayonda qeyri-qanuni məskunlaşan sakinlər evləri tərk etməyə başlayıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Dadivank kilsəsinin rahibi Ata Ovannes jurnalistə söhbətində deyib.

Dadivank monastır kompleksinin tam köçürülməsində şəxsən iştirak edən abbat artıq dini əşyalarıın kilsədən çıxarılması məsələsini həll etməyə çalışır.

O, jurnalistə kədərlə və eyni zamanda həyasızcasına guya doğma vətənlərini tərk etdiklərinin necə ağır olduğunu vurğulayır. “Ürəyim ağrıyır, bilmirəm nə edim”, – deyə kahin başını aşağı salıb hıçqırır.

Qeyd edək ki, 1993-cü ildə Kəlbəcərin işğal edilməsində açlaq keşiş də iştirak edib. 2016-cı il Aprel döyüşlərində oğulları ilə birlikdə döyüşdüyünü deyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru