Erməni müxalifəti həyasızlıq edir – “Qarabağın 3 pilləli xilas gündəliyi”

12-11-2020, 10:38           
Erməni müxalifəti həyasızlıq edir – “Qarabağın 3 pilləli xilas gündəliyi”
Ermənistanın müxalif «Daşnaqsütun» partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan noyabrın 11-də Yerevanda keçirilən mitinqdə fəaliyyətdə olan hakimiyyətin siyasi opponentlərinin həll emək niyyətində olduğu üç tapşırığı səsləndirib.

«İndi bizim hamımız üçün başlıca vəzifə - Arsaxın (Dağlıq Qarabağ nəzərdə tutulur - Red.) xilas edilməsidir. Bunun üçün 3 addım atmaq lazımdır. Birincisi - vətənin xilası komitəsi yaradılmalıdır ki, artıq bunu etmişik. İkincisi - Təcili Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb etmək. Üçüncüsü - bizim satılmış torpaqları xilas etmək» - Saqatelyan mitinq iştirakçılarına bildirib.

Etirazçıların sırasından dövri olaraq, «Nikol - satqındır» şüarı səslənib.

Polis mitinq iştirakçılarına mane olmayıb. Etiraz aksiyasında Ermənistanın 17 partiyası iştirak edir.

Göründüyü kimi, indiki şəraitdə dünya Ermənistan tərəfin Qarabağ savaşında tam məğlubiyyətə uğradığından danışdığı bir vaxtda, rəzil duruma düşməsinə rəğmən, «əzabkeş erməni xalqı» revanşdan - Qarabağın yenidən işğal olunması imkanlarından dəm vurur!

Belə həyasız toplumun halına acımaq nə dərəcədə ədalətli sayıla bilər? Beləsinə aman verməyə dəyərmi?

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.