“Qarabağ müharibəsində dronların tətbiqi gələcəyi müəyyənləşdirdi...” - “NEWSWEEK” COZEF BAYDENƏ ÇAĞIRIŞ EDİR

29-01-2021, 10:07           
“Qarabağ müharibəsində dronların tətbiqi gələcəyi müəyyənləşdirdi...” -
Azərbaycan ordusunun 44 günlük müharibədə işğal altındakı torpaqlarımızı azad edərkən ortaya qoyduğu 5-ci nəsil müharibə təcrübəsi aylar keçsə də hələ dünyanın aparıcı KİV-lərində müzakirə edilməkdədir. Virtualaz.org xatırladır ki, ordumuz bu müharibədə bir çox müasir və yüksək dəqiqlikli silahlar, o cümlədən pilotsuz döyüş və kəşfiyyat aparatlarının geniş çeşidini tətbiq etməklə yanaşı hücum əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsində də dünyanın aparıcı ordularını belə heyrətləndirən döyüş təcrübəsi ortaya qoydu. Müharibədə Türkiyədən alınan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin tətbiqi isə bir çox xarici ekspertlər tərəfindən Azərbaycan ordusunun qələbəsini şərtləndirən amillərdən biri kimi dəyərləndirilir.

“Newsweek” jurnalının məqaləsində bu haqda bəhs edilir və bildirilir ki, Dağlıq Qarabağda dronların tətbiqi gələcəyi müəyyənləşdirdi və bu txnologiyanın potensialının nə dərəcədə böyük olduğunu bir daha ortaya qoydu. Jurnal narahatlıq ifadə edərək yazır ki, dronların Qarabağ müharibəsində oynadığı rol Yaxın Şərqdə yeni silahlanma yarışı başlada bilər. Bildirilir ki, Qarabağda dronların, o cümlədən Türkiyə PUA-larının texnoloji gücünün daha əvvəl görünməmiş müharibə taktikaları ilə birləşdirilməsi hərbi əməliyyatların gedişatını dəyişdirib. Jurnal yazır ki, ABŞ-da yeni hakimiyyətə gələn Cozef Bayden administrasiyası dronlara qarşı texnologiyalara investisiya qoymaq məcburiyyətindədir.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru