“Pfizer”in rəhbəri İsrailə buraxılmadı

8-03-2021, 13:00           
“Pfizer”in rəhbəri İsrailə buraxılmadı
Pfizer” şirkətinin baş direktoru Albert Burla İsrailə səfərini təxirə salmalı olub.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, buna səbəb onun COVID-19 əleyhinə vaksinasiya prosesini tamamlamamasıdır. Belə ki, A.Burla koronavirusa qarşı birinci peyvəndi vurdursa da, vaksinasiyanı tamamlamaq üçün ikinci dozanı hələ qəbul etməyib. Məhz bu səbəbdən İsrail tərəfi onu və nümayəndə heyəti üzvlərini ölkəyə buraxmaqdan imtina edib.

Səfərin baharın sonunadək təxirə salındığı bildirilib.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu “Pfizer” şirkətilə ölkədə vaksin istehsalı üzrə müəssisənin inşası barədə danışıqlar apardığını bəyan edib. Səfərin məhz həmin danışıqlar çərçivəsində baş tutacağı gözlənilir. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru