Binəqədi rayonunda "Avto -Cars" lövhəsi arxasında şıdırğa qumar

15-02-2016, 14:18           
Binəqədi rayonunda "Avto -Cars" lövhəsi arxasında şıdırğa qumar
teref.az olaraq dəfələrlə Bakıda gizli fəaliyyət göstərən qumarxanalardan yzmışdıq. Bu qumarxanaların içində Binəqədi rayonunda Ayna Sultanovanın heykəlinin arxasında yeni tikilmiş binanın 1 - ci mərtəbəsində "Kontakt" mağazasına bitişik "Avto Cars" reklamlı obyektdə şıdırğı qumarxana fəaliyyət göstərir.
http://teref.az/manset/16700-bneqedi-rayonunda-daha-bir-qumarxana-avto-cars-lovhesi-arxasinda-shidirga-qumar.html
Lakin bu qədər yazmağımıza rəğmən aidiyyatlı orqanlar deyəsən heç bir tədbir görməyiblər.
Buna sübut jam.az saytında bu gün gedən aşağıdakı yazını göstərmək olar.teref.az jam.azın qumarxana ilə bağlı yazısını sizə təqdim edir.
Bu dəfə qumarbazlar «Avto Cars» reklam lövhəsinin arxasında gizlənməyə çalışıblar
Son dövrlər Bakıda qumarxanaların sayı sürətlə artmağa başlayıb. Jam.az xəbər verir ki, bir müddət əvvəldən etibarən yağışdan sonrakı göbələklər misalı çoxalan bu məkanlara daha biri əlavə olunub.
Belə ki, Ayna Sultanovanın heykəlinin arxasında yerləşən yeni binanın 1-ci mərtəbəsində «Kontak» mağazasına bitişik «Avto Cars» reklamlı obyektdə açıq-aşkar qumar oynanılır.
Həmin qumarxananın belə bir reklam lövhəsinin altında fəaliyyət göstərməsi bu biznesin bilicilərinin təzə «kəşfi»dir. Onların ağlıyca bu cür «kaumflyaj» onların əməllərini gizlədəcək. Lakin belə məkanlar qısa müddətdə üzə çıxır və bunu bilənlər də elə ətrafda yaşayan insanlar olurlar.
Maraqlı məqamlardan biri də odur ki, həmin obyektdə qumar oynanıldığını hamı bildiyi halda, Binəqədi Polisi niyə susur. Halbuki qanunun tələblərinə uyğun olaraq, həmin məkan bağlanılmalı və bu işə rəvac verənlər isə məsuliyyətə cəlb edilməlidirlər. Bu addımlar atılmırsa, o zaman ortaya başqa məqamlar və şübhələr çıxmağa başlayır.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.