Elman Rüstəmovun müavininin oğlu işdən çıxarıldı

1-04-2021, 15:01           
Elman Rüstəmovun müavininin oğlu işdən çıxarıldı
"Azmikroinvest" MMC-nin (bank olmayan kredit təşkilatı) rəhbəri dəyişib.

Qasım Babayev Aftandil oğlu BOKT-un baş direktoru vəzifəsindən ayrılıb. Onu bu vəzifədə Mansur Talıblı Qoşqar oğlu əvəz edib.

Mansur Talıblı 2020-ci ilin noyabrında “Azmikroinvest” BOKT-a hüquqşünas kimi gəlib.

O, buna qədər “MuğanBank” ASC-də çalışmışdı.

Qeyd edək ki, “Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

Onu da əlavə edək ki, Qasım Babayev Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Avtandil Babayevin oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru