Cəlilabad təhsilində nələr baş verir - Şikayətlər səngimir.-ŞİKAYƏT
15-02-2016, 16:18
teref.aznun poçtuna Cəlilabad təhsilində baş verən neqativ hallarla bağlı gələn şikayətlərin ardı kəsilmir. Bu şikayətlərin məntiqi nəticəsi idi ki, Təhsil Nazirliyindən Cəlilabad təhsilində vəziyyəti yoxlamaq üçün komisiya göndərildi. Bu haqda keçən saylarımızda yazmışdıq. Lakin şikayətlər səngimir və teref.aznun Cəlilabad Təhsil Şöbəsinə etdiyimiz müraciətlər cavabsız qalıb. Saytımızın elektron poçtuan gələn məktubda şikayətçilər yazır:
"Son zamanlar Cəlilabad təhsilindən edilən çoxsaylı şikayətlərdən sonra Təhsil Naziri Mikayıl Cabbarov Cəlilabad Təhsilini yoxlamaq üçün komissiya heyyəti göndərmişdi. Komissiya RTŞ müdiri Elminaz Nadirova və inspektor Ərəstun Hüseynovun iştirakı ilə məktəblərdə yoxlamalar aparmış və xeyli sayda neqativ hallar aşkarlamışdır. Təhsil Nazirliyinin nümayəndələrinə küllü miqdarda rüşvət və iyanələr təklif olunsada onlar bunu qəbul etmədiyini gördükdən sonra təzyiq yolununda effektiv olmadığını görən Elminaz Nadirova və Ərəstun Hüseynov tərtib olunan aktlara qol çəkməkdən açıq şəkildə imtina etdilər. Hətta Elminaz Nadirova nazirliyin nümayəndələrinin yanında olmaq əvəzinə, onun 2 ay əvvəl rəhbərlik etdiyi Cəlilabad şəhər 7 nömrəli məktəbdə xeyli neqativ hallara aydınlıq gətirmək əvəzinə İcra Hakimiyyətinin qəbulunda olub."
teref.azya yazan şikayətçilər sonra yazırlar:
"Yoxlama Komissiyasının geri qayıtmasından dərhal sonra yenidən bazarı xatırladan Cəlilabad Rayon Təhsil Şöbəsində direktorların qəbulu başlanıb. Qəbulu həyata keçirən Ələddin Əsədullayev məktəbin kontingentindən aslı olaraq 100 -500 manata qədər olan aylıq iyanələri toplamağa başlayıb. Əllbəttə qəbulda əziyyət çəkən Ələddin müəllimədə hər direktor 5-10 manat verməlidir . Sərxan Həsənov isə istiqamətverici qüvvə olmaqla məktəblərdə yoxlamalar keçirdərək onların aylıq məzənnəsini təyin edir.
Görünən odur ki, Təhsil Nazirliyinin aparmış olduğu islahatlar Regional İdarələrə keçirilmədikcə təhsil hələdə mafiya qanunları ilə idarə olunacaq.
Celilabad Tehsil Ishcileri"
teref.az olaraq adlatrı çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az