"Gələcəkdə itirilmiş tədris ilinin (illərinin) altını hələ çox çəkəcəyik..."

2-04-2021, 07:15           
"Gələcəkdə itirilmiş tədris ilinin (illərinin) altını hələ çox çəkəcəyik..."
Təhsildə itirilmiş ilin (illərin) bədəlini Dünya da, məmləkətimiz də hələ çox ödəyəcək.
Təhsildə ardıcıllıq çox önəmlidir, son 1,5 tədris ilində ardıcıllıq pozuldu. Lap tutalım, sentyabrda məktəblər normal fəaliyyətə başladı, amma itirilmiş 1,5 tədris ilinin fəsadları davam edəcək, uşaqlar sinifdən-sinfə keçsə də proqramin "həzmi" çox çətin olacaq, daha yuxari sinfin proqramını mənimsəməkdə çətinlik çəkəcəklər - təhsil zəif təməllər üzərinə inşa ediləcək.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır, pandemiya ilinin (bəlkə də illərinin) şagirdləri növbəti mərhələdə zəif tələbə, daha sonra zəif mütəxəssis, 25-30 il sonra isə dünyanı idarə edən zəif liderlər olacaqlar.
Gələcəkdə itirilmiş tədris ilinin (illərinin) altını hələ çox çəkəcəyik...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru