Süveyş kanalının genişləndirilməsi gözlənilir

3-04-2021, 08:23           
Süveyş kanalının genişləndirilməsi gözlənilir
“Ever Given” konteyner gəmisinin Süveyş kanalını bağlamasından sonra Süveyş Kanalı İdarəsi kanalın genişləndirilməsi imkanlarını araşdırmağa başlayıb.

Vesti.ru xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin rəhbəri Usama Rabia məlumat verib.

Kanalın dərinləşdirilməsinə gəlincə, U. Rabia buna ehtiyac olmadığını bildirib.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru