Tokiodan Almaniyaya uçan təyyarə Rusiyada təcili eniş etdi

4-04-2021, 08:41           
Tokiodan Almaniyaya uçan təyyarə Rusiyada təcili eniş etdi
Tokiodan Almaniyanın Frankfurt şəhərinə uçan sərnişin təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində yerləşən Yemelyanovo hava limanına planlaşdırılmamış eniş edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, “All Nippon Airways” aviaşirkətinə məxsus “Boeing 787-9” təyyarəsi yerli vaxtla saat 06:18-də (Bakı vaxtı ilə 03:18 - Red) Krasnoyarska təhlükəsiz şəkildə enib.

İlkin məlumatlara görə, təyyarənin təcili enişinə səbəb sol mühərrikin sıradan çıxması olub. Sərnişinlərin səkkiz saatdan sonra uçuşlarına davam etmələri gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru