Xanlar Fətiyevin federasiyasının yalanı üzə çıxdı

5-04-2021, 15:37           
 Xanlar Fətiyevin federasiyasının yalanı üzə çıxdı
Azərbaycan Üzgüçülük Federasiyasının yalanı üzə çıxıb.

Unikal.org-un məlumatına görə, federasiya Ramil Vəlizadənin də Tokio Yay Olimpiya Oyunlarına B lisenziyası qazandığını bildirsə də, Gənclər və İdman Nazirliyinin təqdim etdiyi Tokio Yay Olimpiya Oyunlarına və Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançıların siyahısında onun adı yoxdur.

Sözügedən siyahıda təkcə üzgüçümüz Maksim Şemberevin adıqeyd edilib.

Unikal.org-un əməkdaşı Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı ilə əlaqə saxlasa da, qurum rəhbəri sözügedən xəbərdən məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Xanlar Fətiyevin rəhbəri olduğu federasiyadan İstanbul şəhərində keçirilən Üzgüçülük üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda millinin üzgüçüsü Ramil Vəlizadənin 200 metr "batterflay" üsulunda 1 dəqiqə 59 saniyə nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq “Tokio-2021” Yay Olimpiya Oyunlarına B lisenziyası qazandığı bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru