Neft bazarı çökməyə hazırlaşır

5-04-2021, 22:51           
Neft bazarı çökməyə hazırlaşır
Səhərçağı qiymətlərdə 2% enmə müşahidə olunurdusa, ABŞ-da birjanın açılması ilə bunun üzərinə daha 3% gəlib.

Bazar ertəsi axşam neft qiymətləri 4-5% həddində enməyə başlayıb.

Sputnik Azərbaycan bildirir ki, alqı-satqıların nəticələrinə görə, Brent markalı neftin Şimal dəniz qarışığının iyun fyuçersləri 4.49 faiz azalaraq bir barrel üçün 61.88 dollara çatıb. WTI markalı neftin may fyuçersləri isə 5.16 faiz azalaraq 58.28 dollar/barreldə qərarlaşıb. Səhərçağı qiymətlərdə 2% enmə müşahidə olunurdusa, ABŞ-da birjanın açılması ilə bunun üzərinə daha 3% gəlib.

Koronavirus pandemiyası səbəbindən neftə tələbat azaldığından OPEC+ 2020-ci ilin mayından etibarən hasilatı sutkada 9.7 milyon barrelədək azaldıb. Tələbat bərpa olunduqca bu göstəriciyə əl gəzdirilib və hazırda o, sutkada 6.9 milyon barrel təşkil edir.

Hər kəs üçün başlanğıc hesablama bazası 2018-ci ilin oktyabrı götürülüb, Rusiya və Səudiyyə Ərəbistanı üçün isə göstərici sutkada 11 milyon barrel təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru