"Testlər 70 faiz səhv nəticə göstərir, yoluxmalar buna görə artır" - Mütəxəssislərdən XƏBƏRDARLIQ

10-04-2021, 11:57           
"Testlər 70 faiz səhv nəticə göstərir, yoluxmalar buna görə artır" -
Mütəxəssislər COVİD-19-a yoluxanların artması ilə bağlı yeni iddia irəli sürüblər.

Sfera.az xəbər verir ki, COVİD-19 PCR test cavablarının yanlış olduğu şübhələri yaranıb. Belə ki, məlumata görə, pandemiyanın ilk dönəmlərində yüzdə 40 səhv ehtimalı olan testlər mutasiyaların ortaya çıxmasından sonra yüzdə 60-70 "yalançı neqativ” nəticələri göstərir.

Bildirilib ki, COVİD-19 olduğu düşünülən insanların əksəriyyətinin test nəticələri neqativ olur. Bununla bağlı yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi, türkiyəli həkim Duran Tok qeyd edib ki, birinci, ikinci, hətta üçüncü test nəticələri mənfi olan, lakin virusun əlamətlərini özündə daşıyan xəstələrin sayı getdikcə artır.

İstanbulda özəl klinikalardan birində fəaliyyət göstərən digər bir yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, həkim Gökçe Demir də həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, virusu ağciyərlədə müəyyən etmək də bir çox halda qeyri-mümkündür.

Mütəxəssislər düşünür ki, məhz bu göstəricilər səbəbindən virusa yoluxanların sayı artmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru