Rusiya Müdafiə Nazirliyindən Qarabağ ilə bağlı MÜHÜM AÇIQLAMA
20-04-2021, 10:15

Rusiya Müdafiə Nazirliyi Qarabağda xidmət edən rus sülhməramlılarının fəaliyyəti ilə bağlı məlumat yayımlayıb.
Metbuat.az xəbər verir ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları Dağlıq Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər.
Nazirliyin məlumatına əsasən, 23 Noyabr 2020-ci ildən bu günə qədər 2012 hektar ərazi, 620 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 580 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları -İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında Qarabağda ataşkəs rejiminə dair 10 noyabr 2020 ci ildə Bəyannamə imzalanıb. 44 günlük Vətən müharibəsində biabırçı vəziyyətdə məğlub olan Ermənistan tərəfi bir neçə Azərbaycan ərazisini, müharibə olmadan qaytarılmasına razılıq verib.
Bu Bəyannamənin şərtlərinə əsasən, atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya Federasiyasının bir sülhməramlı kontingenti Dağlıq Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirib.