İsmət Abbasovun pomidor “parnik”i üzə çıxdı - İLGİNC İDDİA

17-02-2016, 19:54           
İsmət Abbasovun pomidor “parnik”i üzə çıxdı - İLGİNC İDDİA
Keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovla bağlı unikal.org-a ilginc məlumat daxil olub.

Bu barədə sayta verilən məlumata bildirilir ki, hələ kənd təsərrüfatı naziri olduğu dövrdən indiyə qədər İsmət Abbasovun Sumqayıtda (Bakı-Quba yolu ərazisində) hektarlarla ərazidə "istixana" kompleksi fəaliyyət göstərir.

Bizi bilgiləndirən şəxsin sözlərinə görə, nazir ərazidə hektarlarla torpaq alaraq istixananı inşa etdirib. İstixanalarda yalnız pomidor becərilir. Becərdiyi pomidorlar isə təkcə Azərbaycana deyil, o cümlədən Rusiya və digər MDB ölkələrində satışını həyata keçirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.