BEYLƏQANDA TOFIQ SADIQOVUN ŞOK MALIYYƏ FIRILDAQLARI ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT

17-02-2016, 21:04           

Beyləqanda təhsilin tənəzzül dövrünü yaşaması, Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun başının pul qazanmaqla, eyş-işrətə qarışması barədə yazı saytımızda işıq üzü görəndən sonra redaksiyamıza daha ilginc məlumatlar daxil olmağa başladı. Rayonun təhsil işçiləri arasında şəxsi təşəbbüsü ilə qanundan kənar attestasiya proqramı keçirməsi ilə tanınan, 11 il təhsil aldığı ali məktəbdə 5 il pesdaqogikanı, 6 il korrupsiyanı öyrənən T. Sadıqovu əndişəyə salan məsələlər ortaya çıxıb. İşə götürdüyü müəllimlərlə bağladığı əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etməyən, təmənna güddüyü yaşlı kadrları vəzifədə saxlayıb "qılıncının altında keçməyən" perspektivli gəncləri yaxına buraxmayan şöbə müdirinin silahdaşlarından birinin kimliyi bu aralar məlum olub. teref.az Sonolay.org-a istinadən bildirilir ki, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti İdarəsinin Ağcabədidəki regional maliyyə Müfəttişliyinin inspektoru vaxtilə Tofiq Sadıqovun rəhbərliyi altında uzun müddət mühasib işləyib. Bildirilir ki, məhz həmin şəxs RTŞ müdirinin maliyyə fırıldaqlarının yoxlamalar nəticəsində aşkarlanmasının qarşısını alır, maxinasiyalarını ört-basdır edir. Bu isə o deməkdir ki, böhranın dərinləşməsinin qarşısını almaq üçün Prezident səviyyəsində ciddi preventiv tədbirlərin həyata keçirilməyə başlandığı indiki həssas dövrdə maliyyə nəzarəti sistemində əyintilərə yol verilməkdədir və bu müstəvidə şəffaflıq, ictimai hesabatlılıq təmin olunmur.
teref.az azerinews.tv istinadən yazır ki,RTŞ müdirinin 6 saylı orta məktəbin ərazisində inşa etdirdiyi kafe-restoran barədə yazılandan sonra isə T. Sadıqov özünə bəraət" qazanmaq üçün dövriyyəyə söz buraxıb ki, guya həmin kafe-restoranda təklif olunan xörəklər digərlərinə nisbətən ucuzdur. Bu isə sözügedən qanunsuz iaşə obyektində mənşəyi məlum olmayan qida məhsullarından, o cümlədən ölmüş heyvan ətindən istifadə olunması barədə dolaşan söhbətlərin heç də əsassız olmadığını təsdiqləyir.

Xatırladaq ki, Tofiq Sadıqovun adı indiyədək ermənilərə yanacaq satmaqda, keçmiş MTN generalları ilə sövdəgərlikdə, şorgözlükdə, Beyləqanın Əlnəzərli kəndinin ərazisində 50 hektar torpaq sahəsi alaraq qoyunçuluq ferması yaratmaqda, qiymətlərini bir neçə dəfə şişirtdiyi dəftərxana ləvazimatının Beyləqan rayonunda fəaliyyət göstərən və özünə məxsus olan mağazasından alaraq, dövlət vəsaitini mənimsəməsi və daha ağır günahlarda hallanır.


Qarşı tərəfidə dinləməyə hazırıq
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.