Kişilərdə qeydə alınan bu çatışmazlıqlar xərçəng xəbərçisi ola bilər

9-05-2021, 10:17           
Kişilərdə qeydə alınan bu çatışmazlıqlar xərçəng xəbərçisi ola bilər
Kişi cinsinin nümayəndələrində dəmir çatışmazlığı anemiyası onkoloji xəstəliklərin simptomu ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı məşhur aparıcı və həkim Aleksandr Myasnikov xəbərdarlıq edib.

O, qadınlardan fərqli olaraq kişilərdə qan itkisinin yalnız mədə-bağırsaq traktından zədələnmələrdən qaynaqlana biləcəyi üçün aşağı hemoqlobinli kişilərin dərhal həkimə müraciət etmələri lazım olduğunu vurğulayıb.

Myasnikov belə problemi olan kişiləri həmçinin qastroskopiya və kolonoskopiya etdirməyə çağırıb. Onun sözlərinə görə, bu xora, polip və ya xərçəng xəstəliyini vaxtında müəyyən etməyə imkan verər.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru