Deputatla bağlı hüquqi araşdırma aparılır? - "Əgər zərurət yaranarsa"...

20-02-2016, 12:55           
Deputatla bağlı hüquqi araşdırma aparılır? - "Əgər zərurət yaranarsa"...
Bir neçə müddətdir ki, deputat Rəfael Cəbrayılov və onun qardaşı Elşən Cəbrayılovla bağlı yerli KİV-lərdə müxtəlif iddialar səsləndirilməkdədir. Bildirək ki, deputata və yaxınlarına qarşı hətta dələduzluq ittihamı da irəli sürülüb. Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarda isə qeyd olunurdu ki, deputat Rəfael Cəbaryılova qarşı hüquq-mühafizə orqanlarında artıq araşdırma başlanılıb və bir neçə fakt üzrə araşdırma aparılır.

Doğrudur, Azərbaycan qanunları deputata qarşı hansısa hüquqi ölçünün götürülməsini imkansız edir. Amma mənbə dia.az-a bildirir ki, zərurət yaranacağı təqdirdə Rəfael Cəbrayılovun mandatının əlindən alınması barədə də addım atıla bilər.

Yeni məlumatlarımız olacaq. Bizi izləyin.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.