1933-cü ilin sikkəsi 18.9 milyon dollara satıldı

10-06-2021, 15:48           
1933-cü ilin sikkəsi 18.9 milyon dollara satıldı
ABŞ-ın Nyu York şəhərində bu gün keçirilən hərracda maraqlı hadisə yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, hərraca indiyə qədər nadir rast gəlinən və çox az sayda olan “Qoşa Qartal” pulu satışa çıxarılıb.

Məlumatda deyilir ki, “Qoşa Qartal” metal pulları 1933-c ildə prezident Franklin Ruzveltin göstərişi ilə kəsilib. Üzərində iki qartalın və Azadlıq Heykəlinin şəkli olan həmin pullar heç bir zaman dövriyyəyə buraxılmayıb. Dəyəri 20 dollar olan bu sikkələr təcili dövriyyədən yığışdırılıb və 1944-cü ildə FTX bəyan edib ki, həmin sikkələr kimdə aşkarlanarsa, o cinayət məsuliyyəti daşıyır.

Qeyd edək ki, “Qoşa Qartal”ın böyük qismi yığıldıqdan sonra hamısı əridilib. Yalnız çox az sayda adamda bu pullardan qalıb ki, onlardan biri də dünən hərraca çıxarılıb və 18.9 milyon dollara satılıb.

Bu sikkənin hansı özəllik daşıdığı və ya özündə hər hansı bir sirr gizlətdiyi məlum deyil. Ruzveltin əvvəlcə kəsdirdiyi, daha sonra isə “Qoşa Qartal”ı yığışdırmasının da konkret səbəbi bilinmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.