İnsanların xilası üçün tarakan-robotlar hazırlanıb - FOTO/VİDEO

6-07-2021, 08:04           
İnsanların xilası üçün tarakan-robotlar hazırlanıb - FOTO/VİDEO
Kaliforniyanın Berkli Universitetinin mühəndisləri böcək ölçüsündə robot hazırlayıblar.

Bu barədə “Tech Xplore” portalı xəbər verib.

Məlumata görə, robot bir hepart qədər çevikliyi ilə labirintlərdə hərəkət edə və ən çətin yerlərə nüfuz edə bilir.

Tərtibatçılar müəyyən ediblər ki, həşəratlar divarlara qalxmaq və tavanda gəzmək qabiliyyətini pəncələrindəki xüsusi yapışqan yastıqların köməyi ilə edirlər. Tarakan-robot hazırlanarkən də məhz bu elektrostatik yapışma prinsipindən istifadə olunub.

Həmçinin sadə dizaynı sayəsində robotu 120 kiloqramlıq adam tapdalasa da, ona zərər dəymir.

Bu robotlar əsasən axtarış-xilasetmə əməliyyatları və ya potensial qaz sızıntısını aşkar etmək üçün nəzərdə tutulub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru