Lənkəranskinin qardaşından açıqlama -. “Lotu Quli“nin qətli..

6-07-2021, 11:31           
Lənkəranskinin qardaşından açıqlama -.
"Mənim "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.
Teref.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib. O, "Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: "Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfər dünən Bakırköy məhkəməsinə çıxarılıb. Şübhəlilər N.A., C,K., E.A. və M.Y. barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Türkiyə mediasının iddiasına görə, Namiq Canıyev də axtarışa verilib.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ildə, "Lotu Quli” isə 2020-ci ildə qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru