Azərbaycanda siyasi partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

7-07-2021, 20:08           
Azərbaycanda siyasi partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək
Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək.

Bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.
Siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək.

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır. Yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.

Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir. / APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru