Rusiyada peyvənd vurdurmayan məhbusların görüşünə məhdudiyyətlər qoyulur

8-07-2021, 07:52           
Rusiyada peyvənd vurdurmayan məhbusların görüşünə məhdudiyyətlər qoyulur
Rusiyanın Ryazan vilayətində peyvənd vurdurmayan məhbusların görüşünə məhdudiyyətlər qoyulur.

Gazeta.ru-nun məlumatına görə, bu barədə Federal Penitensiar Xidmətin bölgə üzrə saytında xəbər verilir.

“COVOD-19-un qarşısının alınması və yayılmasına yönələn bir sıra tədbirlərə uyğun olaraq yalnız koronavirus infeksiyasına qarşı vaksin vurduran məhkumlara uzunmüddətli ziyarətlərə icazə verilir", - deyə məlumatda bildirilir.

Həmçinin görüşə gələn şəxs azı üç gün əvvəldən edilən koronavirus virusuna qarşı PCR testinin mənfi cavabını təqdim etməlidir.

Qısa müddətli ziyarətlərə şüşə ilə arakəsmədən məcburi maskalar və əlcəklərdən istifadə edilməklə icazə verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru