Tramp “Google”, “Twitter” və “Facebook”u məhkəməyə verir

8-07-2021, 08:50           
Tramp “Google”, “Twitter” və “Facebook”u məhkəməyə verir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin texnoloji nəhənglərinə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

TASS xəbər verir ki, siyasətçi bu barədə Bedminister şəhərindəki çıxışı zamanı bildirib.

Tramp bəyan edib ki, məhkəməyə verdiyi şirkətlər arasında “Google”, “Twitter” və “Facebook” da var. Keçmiş dövlət başçısı adıçəkilən şirkətləri qeyri-qanuni senzurada ittiham edir.

Qeyd edək ki, prezidentliyinin son həftələrində, tərəfdarlarının Konqresə hücumundan sonra Trampın sosial şəbəkə hesabları bloklanıb.oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.