Xətaidə ağacları kəsib, obyekt tikirlər? - VİDEO

8-07-2021, 22:07           
Xətaidə ağacları kəsib, obyekt tikirlər? - VİDEO
Bakı şəhəri Xətai rayonu Yusif Səfərov 12 ünvanında yaşayış binasının qarşısında obyekt tikilir.

Bu barədə həmin ərazidə yaşayan sakinlər şikayət edib.

Sakinlər bildirib ki, 2017ci ildə ərazidə şam ağacları kəsilib:

“Kəsilən ağacların yerinə yenidən ağaclar əkib, obyekt tikilməsinin qarşısını ala bildik. Ağaclar bitib, böyüyür indi yenə gəlib kəsib obyekt tikmək istəyirlər”.

Qeyd edilib ki, artıq əraziyə tikinti materialı tökülüb.

Pravda.az-ın məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Xətai rayonu Yusif Səfərov 12 ünvanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilib:

“Həmin şəxs də ona aid olan ərazini hasara almağa cəhd edib. Sakinlərin narazılığı olduğu üçün bu işlər dayandırıldı və tam nəzarətimizdədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru