“Dünyanın ən möhtəşəm təyyarəsi”nin FOTOSU paylaşılıb

9-07-2021, 09:47           
“Dünyanın ən möhtəşəm təyyarəsi”nin FOTOSU paylaşılıb
ABŞ-ın Hərbi Hava Qüvvələri “dünyanın ən möhtəşəm təyyarəsi” adını alan perspektivli strateji stels texnologiyalı bombardmançı “B-21 Raider”in yeni görüntüsünü nümayiş edib.

Bu barədə “The Drive” xəbər yayıb.

Bildirilir ki, yayımlanan render strateji təyyarənin üçüncü rəsmi şəklidir. Kadrlarda “B-21 Raider”in Kaliforniyadakı Edvards Hava Qüvvələri bazası üzərindən uçduğu görünür.

Üçüncü görüntü ilə əvvəlki ikisi arasındakı əsas fərq təyyarənin ön şüşəsinin formasıdır.

Nəşrdə stels texnologiyalı bombardmançının nüvə silahı daşıyıcısına çevriləcəyini və düşmənin hava hücumundan müdafiə sistemlərindən praktiki olaraq gözəgörünməz qalacağı vurğulanıb.oxu














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru