Moldovada növbədənkənar parlament seçkiləri başladı

11-07-2021, 09:23           
Moldovada növbədənkənar parlament seçkiləri başladı
Bu gün yerli vaxtla saat 07:00-dan Moldovada növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb.

Səsverməni yerli və xarici müşahidəçilər izləyir. Xarici müşahidəçilər arasında Azərbaycanın Mərkəzi Seçki Komissiyası aparatının nümayəndələri də var.

Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.

Onu da xatırladaq ki, parlament buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.

Səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.