“Ukrayna diarəsi”ni su basdı – VİDEO

11-07-2021, 13:56           
“Ukrayna diarəsi”ni su basdı – VİDEO
Bakıda “Ukrayna dairəsi” yaxınlığında kanalizasiya xəttinin sıradan çıxması nəticəsində daşqın olub və Gəncə prospekti maşınlar üçün keçilməz hala düşüb.

Teref.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN Xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb.
İlkin ehtimala görə, tıxaca səbəb kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yolu su basması olub.

Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb. İndiyə qədər bölgəyə qəza xidməti yaxınlaşmayıb.

Qeyd edək ki, sözügedən ərazidə xüsusilə yağış yağan zaman tez-tez bu hal müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru