"Azəriqaz"ın mətbuat katibi vəzifəsindən çıxarıldı - Tanınmış jurnalist yeni vəzifəyə təyin olundu

11-07-2021, 17:20           
"Azəriqaz"ın mətbuat katibi vəzifəsindən çıxarıldı -
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidməti vəzifəsindən azad olunub.

Mia.az-ın əldə etdiyi məlumata görə, birliyin rəisi Ruslan Əliyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad edilib.

Digər əmrlə tanınmış telejurnalist "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru Eldəniz Vəliyev sözügedən vəzifəyə təyin olunub.

Xəbər "Azəriqaz"dan Mia.az-a təsdiqlənib.

Qeyd edək ki, E.Vəliyev "Space"dən əvvəl ANS, ATV-də və digər media qurumlarında işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru