“Pfizer” COVID peyvəndinin üçüncü dozasının vacibliyini bəyan edib

12-07-2021, 06:05           
“Pfizer” COVID peyvəndinin üçüncü dozasının vacibliyini bəyan edib
Dünyanın koronavirusa qarşı aparıcı peyvənd istehsalçılarından biri olan “Pfizer” şirkəti vaksinin üçüncü dozasının vacibliyi barədə ABŞ hökumətinə xəbərdarlıq etməyə hazırlaşır.

Bu barədə “The Washington Post” məlumat verib.

Məlumata görə, şirkətin ekspertləri peyvəndin üçüncü dozasının COVID-ə qarşı daha dayanıqlı immuniteti təmin etmək üçün lazım olduğunu bəyan edirlər.

Şirkət təmsilçilərinin sözlərinə görə, ikincidən altı ay sonra vurulması tövsiyyə olunan üçüncü doza sayəsində qandakı anticisimlər 5-10 dəfə artır ki, bu da virusun yeni ştamlarına qarşı orqanizmin dözümlülüyünü xeyli artırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.