CAR-da nazirlik çoxərliliyi rəsmiləşdirməyi təklif edib

12-07-2021, 06:54           
CAR-da nazirlik çoxərliliyi rəsmiləşdirməyi təklif edib
Cənubi Afrika Respublikasının Daxili İşlər Nazirliyi poliandriya adlanan ailə modelini rəsmiləşdirmək barədə təkliflə çıxış edib.

Bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, CAR dünyada ailə hüququnun ən azad olduğu ölkələrdən biridir. Burada, çoxarvadlılıq və həmcins nikahlar da qanuni sayılır.

Poliandriyaya gəlincə, bu, bir qadının bir neçə əri olmasını nəzərdə tutan ailə münasibətləri formasıdır.

Təklifin tərəfdarları cinslərin bərabər hüquqluluğu prinsipindən çıxış etdiklərini bildirir, ölkədə çoxarvadlılığın rəsmiləşdirildiyini əsas gətirərək, çoxərliliyin də qanuni qüvvəyə minməsini dəstəkləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru