“Aeroflot”dan Azərbaycana qərəzli yanaşma - "... şikayəti yalnız 2 nəfər yaza bildi"

12-07-2021, 11:04           
“Aeroflot”dan Azərbaycana qərəzli yanaşma - "...
Moskvadan Bakıya uçuş edən “Aeroflot” Hava Yolları Azərbaycan ərazisinin adını düzgün qeyd etməyib.

Bu barədə Axar.az-a Rusiyadan ölkəmizə uçuş edən həmyerlimiz məlumat verib.

Həmyerlimiz qeyd edib ki, uçuş xəritəsində Qarabağa nəzər yetirəndə "sürprizlə" qarşılaşıb:

“Xankəndinin adı Stepanakert kimi qeyd olunub. Bununla bağlı təyyarə bələdçisini çağıraraq etirazımı bildirdim. Mənə dedilər ki, xəritə hələ yenilənməyib. Təkrar bildirdim ki, Xankəndidən başqa bütün rayonlarımızın adları düzgün qeyd olunub. O zaman mənə dəftər verərək, şikayətimi yaza biləcəyimi dedi. Təəssüf ki, bu xəritəni təyyarənin enməsinə 15 dəqiqə qalmış gördüm və şikayəti yalnız 2 nəfər yaza bildi”.

Qeyd edək ki, “Aeroflot” Rusiyaya məxsus ən böyük hava yolları şirkətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru