“Şeyx nə edibsə, düz edib...” – Qudası Şuşa məscidindəki olaydan danışdı, haqq qazandırdı

12-07-2021, 16:47           
“Şeyx nə edibsə, düz edib...” –
Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, məsciddə Sübh namazı qılıb, dualar ediblər.

Cümə namazına İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın rəhbərlik etməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə bu məsələ ciddi şəkildə qınanılıb və baş verənlərə görə açıqlama tələb olunub.

Mövzu ilə bağlı şeyxin qudası Hacı Qalib Salahzadə Sfera.az-a açıqlama verib. O bildirib ki, şikayətlər varsa, o istiqamətdə birbaşa Ocaqnejada və Şeyxə müraciət etmək lazımdır:

"Mən orada olmamışam. Həmin gün nəyin baş verdiyini, necə olduğunu haradan bilim? Bu barədə nəsə deyə bilmərəm. Bir vətəndaş kimi düşünürəm ki, şeyx nə edibsə, necə edibsə, düz edir. Bəzi adamlar əleyhinə danışa bilər. O da insandır. Yəqin elə məsləhət bilib, elə də edib. Yaxud, ola bilər ki, ayağı xəstədir, ya da başqa səbəbi olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru