“COVİD pasportu olmayanlar üçün dərslər...” - AÇIQLAMA

12-07-2021, 20:16           
“COVİD pasportu olmayanlar üçün dərslər...” - AÇIQLAMA
Ölkədə koronavirusla mübarizə davam edir. Yoluxanların sayı yenidən artmasına rəğmən, vaksinləşmə prosesi də sürətlə gedir. Və bu, müxtəlif fikirlər ortaya qoyur. Müəyyən iddialara görə, yeni tədris ilindən etibarən tələbələrdən vaksin pasportu tələb olunacaq. Bunun nə qədər ədalətli olduğu isə dartışılır...

Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:
“Vaksinləşmə məcburi deyil. Amma məsələ ondan ibarətdir ki, sentyabrdan etibarən əyani tədrisdə iştirak edənlər daşıyıcı olmadıqlarını sübut etməlidirlər. Ali məktəblər peyvəndləmə ilə bağlı tələb qoymur. Sadəcə, ola bilsin, COVİD pasportu olmayanlar üçün dərslər distant qaydada keçilsin. Hər halda hələlik qəti qərar yoxdur. Universitetlər daxili nizamnamələrinə uyğun olaraq, fərdi qərar verə bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru