"Google" 500 milyon avro cərimələndi

13-07-2021, 13:05           
"Google" 500 milyon avro cərimələndi
Fransanın antiinhisar qurumu "Google" şirkətini 500 milyon avro məbləğində cərimələyib.

Unikal.org-un məlumatına görə, qərar "Google"un 2020-ci ilin aprelində verilmiş bir neçə məhkəmə qərarını icra etməməsi ilə əlaqədar verilib.

Qeyd olunur ki, qurum, həmçinin "Google"dan KİV-lərə təqdim olunan müəlliflik hüquqları qorunan məlumatlara görə mükafatların verilməsini tələb edir.

Bu mükafatlarla əlaqədar KİV və agentliklərlə növbəti iki ay ərzində əlaqə saxlanılmayacağı təqdirdə, şirkət hər gün üçün 900 min avro cərimə ödəməli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru