Üçüncü doza kimlərə və nə zaman vurulmalıdır? - Açıqlama

13-07-2021, 17:38           
Üçüncü doza kimlərə və nə zaman vurulmalıdır? - Açıqlama
Azərbaycanda koronavirusa qarşı üçüncü doza vaksinin kimlərə və nə zaman vurulması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə açıqlamasında üçüncü doza vaksinin 6 aydan sonra vurulmalı olduğunu deyib.
“İki doza vaksin vurulmuş insanlarda 6 aylıq müddət bitdikdən sonra yenidən vaksinasiyaya ehtiyac var. Bu dəfə yenidən iki doza deyil, bir doza vaksinin vurulması bütün dünyada yetərli hesab edilir”, - deputat qeyd edib.
R.Mahmudovun fikrincə, Operativ Qərargah yanında müvafiq qurumlar yaxın gələcəkdə bütün bunlara aydınlıq gətirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru