İraqın neft şirkətinə məxsus gəmi Fars körfəzində anidən alovlanıb. Azvision.az xəbər verir ki, bu barədə “Baghdad Al Yaum” portalı məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində 9 ekipaj üzvü ölüb.
Yanğının səbəbi məlum deyil. Hazırda yerli hakimiyyət orqanları tərəfindən araşdırma aparılır.