Girişdə “QR kod”un yoxlanılmasına baxmayaraq minlərlə tamaşaçı COVID-19-a yoluxdu

15-07-2021, 08:30           
Girişdə “QR kod”un yoxlanılmasına baxmayaraq minlərlə tamaşaçı COVID-19-a yoluxdu
Niderlandın Utrext şəhərində keçirilən musiqi festivalına giriş qaydalarına sərt nəzarət edilməsinə baxmayaraq təxminən 1 000 nəfər ziyarətçinin COVID-19 yoluxduğu aşkar edilib.

Bu barədə NOS agentliyi məlumat yayıb.

3-4 iyul tarixlərində baş tutan festivalda 20 min insan iştirak edib.

Tədbirin təşkilatçıları hadisələrin belə inkişafından şoka düşdüklərini söyləyiblər. Belə ki, konsertə girişdə hər bir şəxsin “QR kod”u yoxlanılıb.

Bu səbəbdən festivalda məsafəni qorumaq və maska ​​taxmaq tələb edilməyib.

Yaxın günlərdə yoluxmuş insanların sayının daha da artacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, Niderlandda ötən həftən başlayaraq koronavirus infeksiyasına yoluxma sayı gündəlik 2 mindən yuxarı qeydə alınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru