Akvarium balıqları ABŞ-da ekosistemi məhv edib - VİDEO

15-07-2021, 08:48           
Akvarium balıqları ABŞ-da ekosistemi məhv edib - VİDEO
Qızıl akvarium balıqları bütün ABŞ ekosistemini məhv edir. Onlar artıq Minneapolis göllərini cənglərinə keçiriblər.

Bu barədə ABC xəbər yayıb.

Bildirilir ki, buna səbəb onlara qulluq etməkdən bezən sahiblərinin balıqları akvariumdan gölə buraxmalarıdır.

Sürülər faunaya zərər verir, suyun keyfiyyətini azaldır və bitkiləri yeyir, nəticədə eko-tarazlığı pozan yosunlar yaranır.

Bundan əlavə, ev balıqları göl sakinləri üçün ölümcül xəstəliklər də daşıyır.

Təbii mühitlərində bu balıqlar nəhəng ölçülərə qədər böyüyürlər: Onların uzunluğu təxminən 50 santimetrə çatır və təxminən iki kiloqram ağırlığında olurlar.

Hökumət akvarium sahiblərinə müraciət edərək balıqlarını su anbarlarına buraxmağı dayandırmalarını xahiş ediblər.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru